ÜDM 3,4 faiz azalıb
Bizi izləyin

Ekopublika.az

ÜDM 3,4 faiz azalıb

Bu ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27002,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz az ümumi daxili məhsul istehsal edilib.

Publika.az xəbər verir ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 38,5 faizi sənayedə, 11,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,1 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 16,3 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2809,7 manata bərabər olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 14,75 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda, 28,9 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 0,6 faiz, o cümlədən neft hasilatı 0,4 faiz artmış, əmtəəlik qaz hasilatı isə 8,8 faiz azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm