ABŞ-dakı neft layihələrinin 70 faizi ləğv edilə bilər
Bizi izləyin

Ekopublika.az

ABŞ-dakı neft layihələrinin 70 faizi ləğv edilə bilər

Neftin qiymətinin aşağı olması, sərmayə əskikliyi səbəbindən ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilməsi riski yaranıb.

Publika.az xəbər verir ki, bu barədə Şotlandiyada yerləşən “Wood Mackenzie” araşdırma və məsləhət şirkəti hesabat hazırlayıb.

Həmin hesabata görə, ABŞ-da neft istehsalı layihələrinin ticari olaraq reallaşması üçün qlobal bazarlarda xam neftin qiymətinin 60 dollar və ya ondan yüksək olması lazımdır. Bildirilir ki, qiymətlərin 50 dollardan aşağı olması nəticəsində 10 il ərzində qlobal neft bazarında təchizat çətinliyi yaranacaq: “Neftin qiymətinin aşağı olması, eləcə də sərmayə əskikliyi səbəbindən ABŞ-dakı neft layihələrinin 70 faizinin ləğv edilməsi və ya təxirə salınması riski yaranıb".

Son 2 ildir neftin qiymətinin aşağı olması səbəbindən dünya üzrə istehsal xərcləri hər barelə 19 dollara qədər ucuzlaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm