Azərbaycanda 6 ayda 917 milyon insan...
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda 6 ayda 917 milyon insan...

Yanvar-iyun aylarında nəqliyyatçılar 916,9 milyon nəfərə və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz çox sərnişinə xidmət göstərib.

Publika.az xəbər verir ki, sərnişinlərin 87,9 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu ilə daşınma azalıb

Diqqəti çəkən dəmir yolu ilə daşınma göstəricisidir. Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar-iyun ayları ərzində 7,0 milyon ton yük, 902,6 min sərnişin daşınıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 20,4 faiz, sərnişin daşınmasında isə 12,0 faiz azalma müşahidə olunub.

Yay tətili metropolitenə yaramayıb

Hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2,6 faiz azalaraq 109,3 milyon nəfər olub.

AZAL-ın bəxti gətirib

Hava nəqliyyatı ilə 799,9 min və ya 0,1 faiz çox sərnişin daşınıb. Daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 19,1 faiz artaraq 71,6 min tona çatıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm