Digər banklar bağlana bilərmi?
Bizi izləyin

Ekopublika.az

Digər banklar bağlana bilərmi?

Azərbaycanda fəaliyyət göstərən banklarda əhalini və biznesi narahat edə biləcək ağır vəziyyət yoxdur.

Publika.az-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib: “Banklar normal fəaliyyət göstərirlər, risk yoxdur. Hətta lisenziyası ləğv edilmiş 4 bank son günə qədər xidmət göstərirdilər. Biz gələcəkdə ola biləcək mənfi hadisələrin qarşısnı almaq üçün, tələblərə əməl etməyən bankların lisenziyalarını ləğv etdik”.

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm