Türkiyə “Türk axını”nın birinci xəttinin tikintisinə başlamağa hazırdır
Bizi izləyin

Ekopublika.az

Türkiyə “Türk axını”nın birinci xəttinin tikintisinə başlamağa hazırdır

Türkiyə “Türk axını” qaz boru layihəsinin birinci xəttinin tikintisinə başlamağa hazırdır, danışıqlar davam etdirilir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib.

“Mən düşünmürəm ki, söhbət burada bu layihələrin icrasının mümkünsüzlüyündən gedir (“Türk axını” və “Botas” dövlət neft-qaz şirkəti üçün güzəşti nəzərdə tutan layihələr – red.), - deyə nazir bildirib.

“Layihənin reallaşdırılması ilə bağlı məsələnin nizamlanmasına dair siyasi qərar mövcuddur”, - deyə Zeybəkçi bildirib.

Qeyd edək ki, illik ötürmə gücünün 63 mlrd. kubmetr olduğu “Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm