Ekopublika.az
"Bakcell"in yeni Satış və Xidmət Mərkəzi açılıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir.
Şirkət H.Z.Tağıyev küçəsi, 19 ünvanında yeni konsept və dizaynda olan Satış və Xidmət Mərkəzinin açılışını edib. Bu xidmət mərkəzi Bakcell abunəçilərinə geniş çeşiddə xidmətlər təqdim edir. Şəhərin mərkəzində yerləşən bu mərkəzdə abunəçilər həm Bakcell xidmət və məhsulları haqda məlumat əldə edə, həm də bir çox mobil texnoloji yeniliklərlə tanış ola və müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər.
“Abunəçilərimizə daha yaxın olmaq üçün Bakının mərkəzində istifadəyə verdiyimiz bu yeni Satış və Xidmət Mərkəzi innovativ yanaşma baxımından digərlərindən fərqlənir. Burada hər şey abunəçilərin rahatlığı üçün düşünülüb. İnnovativ mobil operator olaraq abunəçilərimizin xidmət və məhsullarımızdan daha rahat şəkildə faydalanmaları üçün müasir dövrün tələblərini mütləq şəkildə nəzərə alırıq. Bu, şirkətimizin dinamik inkişafının tərkib hissəsidir”,-deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
Hazırda “Bakcell”in paytaxt və bölgələrdə 30 Xidmət Mərkəzi öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Şirkət öz xidmətlərini abunəçilərinə daha yaxın etmək üçün satış və xidmət şəbəkəsini daha da genişləndirəcək.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...