2017-ci ilin büdcəsi hazırdır
Bizi izləyin

Ekopublika.az

2017-ci ilin büdcəsi hazırdır

Maliyyə Nazirliyi 2017-cı ilin və qarşıdakı 3 ilin dövlət və icmal büdcələrin layihəsini hazırlayıb. Sənədlər Nazirlər Kabinetinə və Hesablama Palatasına göndərilib.

Publika.az-a bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Dövlət büdcəsinin parametrləri açıqlanmır. Qeyd edilir ki, 2017-ci ilin prioritetləri bunlardır:

- sosial siyasətin davam etdirilməsi, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin və bu qəbildən olan həssas qrupun sosial rifahının yaxşılaşdırılması;

- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi;

- ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin icrası;

- regionların sosial-iqtisadi inkişafının, qeyri-neft sektorunun stimullaşdırılması;

- aqrar sektora və sənayeyə dövlət qayğısının artırılması;

- sənaye və kənd habelə ölkə ərazisində və xaricdə keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi.

Dövlətin borc və öhdəlikləri və dövlət proqramlarının həyata keçirilməsi üçün maliyyə təminatlarının yaradılmasına əhəmiyyət veriləcək.

2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd 822 mln manat, xərcləri 18 mlrd 495 min manat məbləğində təsdiq edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm