"Shell"in qazancı 72 faiz azalıb
Bizi izləyin

Ekopublika.az

"Shell"in qazancı 72 faiz azalıb

"Royal Dutch Shell Plc"in ilin ikinci rübündə qazancı 72 faiz azalıb.

Publika.az xəbər verir ki, şirkətin gəlirinin azalmasına səbəb neftin qiymətinin aşağı olmasıdır. Yeri gəlmişkən, əvvəlcədən azalma gözlənsə də, rəqəmlər proqnozlardan da aşağı olub.

Avropanın ən böyük neft şirkəti hesab edilən "Royal Dutch Shell Plc" bir il əvvəlin eyni dövründə 3.8 milyard dollar qazanc əldə etmişdi.

“Bloomberg”in sorğusuna cavab verən 12 analitikin proqnozunda şirkətin 2.16 milyard dollar qazanc əldə edəcəyi göstərilirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm