Neft şirkətlərinin zərərləri açıqlandı
Bizi izləyin

Ekopublika.az

Neft şirkətlərinin zərərləri açıqlandı

Dünyanın yeddi böyük neft şirkətinin sırasına daxil olan Hollandiyanın “Shell”, Böyük Britaniyanın “BP” və Fransanın “Total” şirkətlərinin qazancı ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, neftin qiymətində 2014-cü ildən bu yana yaşanan eniş, enerji şirkətlərinin qazanclarını əhəmiyyətli dərəcədə azaldıb. Keçən ilin ikinci rübündə 62 dollar olan brent neftinin bareli bu ilin eyni dövründə ortalama 46 dollara enib.

Şirkətlər rəsmi saytlarında verdikləri rəsmi şərhlərdə bildiriblər ki, bu ilin üç aylıq dövründə qazanları keçən ilin eyni dövrünə nisbətən azalıb.

“Royal Dutch Shell” in qazancı ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 72 faiz azalaraq, 1 milyard 45 milyon dollara düşüb.

BP-nin də gəliri azalıb. Şirkətdən verilən şərhdə bildirilir ki, ikinci rübdə şirkətin dəqiq qazancı 45 faiz azalaraq 720 milyon dollara geriləyib. BP-nin rəhbəri açıqlamasında onları çətin müddətin gözlədiyini, amma yeni layihələr üzərində işlədiklərini söyləyib.

Bu ilin ikinci rübündə aşağı qazanc əldə edən daha bir ölkə “Total” olub. Şirkətin qazancı hesabat dövründə keçən ilin müvafiq dövrünə nisbətdə 30 faiz azalaraq 2,2 milyard dollara geriləyib.

“Total” bu il xərclərini 2,4 milyard dollar azaldıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm