Türkiyənin turizm itkisi
Bizi izləyin

Ekopublika.az

Türkiyənin turizm itkisi

Cari ilin ikinci rübündə Türkiyənin turizmdən gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz azalaraq 4 milyard 981 milyon 318 min dollar olub.

Publika.az xəbər Türkiyənin Statistika Təşkilatı (TÜİK) bu barədə məlumat yayıb. Təşkilatdan bildirilib ki, turizm gəlirləri ilin ikinci rübündə keçən ilin eyni dövrünə nisbətdə 35,6 faiz azalıb. Nəticədə 4 milyard 981 milyon 318 min dollara düşüb. Turizm gəlirinin 77,1 faizi xarici ziyarətçilərdən, 22,9 faizi isə xaricdə yaşayan türklərdən əldə edilib.

Xərcləmələrin 4 milyard 73 milyon 3 min dollarını fərdi xərcləmələr meydana gətirib. İkinci rübdə adam başına ortalama xərcləmə 665 dollar olub. Xaricilərin ortalama xərcləri 602 dollar, xaricdə yaşayan, Türkiyəyə səfər edən türk vətəndaşlarının ortalama xərcləri isə 973 dollar civarındadır.

Türkiyəyə gələn xaricilərin sayı 30,3 faiz azalaraq 7 milyon 495 min 35 nəfər təşkil edib. Bunun 84,5 faizi sırf xaricilər,15,5 faizi xaricdə yaşayan türklər olub.

Turizm xərcləri də azalıb. Bu xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azalaraq 1 milyard 509 milyon 693 min dollara düşüb.

Xarici ziyarət edən türk vətəndaşlarının sayı da 17,3 faiz azalaraq, 2 milyon 35 min 818 nəfər olub. Onların adambaşına ortalama xərcləri 742 dollar məbləğindədir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm