Ekopublika.az
Benzinin qiyməti qalxdı
Küveyt hökuməti azalan neft gəlirləri fonunda daxili bazarda benzinin qiymətlərini qaldırıb.
Publika.az reporta istinadən bildirir ki, OPEC üzvü olan Küveytdə sentyabrın 1-dən etibarən aşağı oktanlı benzinin qiyməti 42% artırılaraq 0,3 USD/litrə, yuxarı oktanlı benzinin qiyməti isə 83% artırılaraq 0,58 USD/litrə yüksəldilir.
Hökumətdən gələn açıqlamalarda yeni qiymətlərin Körfəz Ölkələri Əməkdaşlıq Təşkilatı üzvləri olan dövlətlərin ortalama benzin qiymətlərinə uyğunlaşdırıldığı bildirilib.
Qeyd edək ki, Küveyt hökuməti qonşusu və dünyanın lider neft ixracatçısı olan Səudiyyə Ərəbistanı kimi ölkə iqtisadiyyatını neft asılılığından qurtarmaq üçün addımlar atmaq niyyətini bəyan edib. İqtisadiyyatın diversifikasiyası ilə Küveyt hökuməti qeyri-neft sektorundan əldə olunan gəlirləri məcmu gəlirlərin 15%-nə qədər artırmağı planlaşdırıb.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi