Kredit kartlarının sayı artıb
Bizi izləyin

Ekopublika.az

Kredit kartlarının sayı artıb

İyul ayının 1-nə kredit kartlarının sayı 782 min ədəd təşkil edib. Bu say iyun ayının əvvəli ilə müqayisədə 40 min ədəd çoxdur.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə cəmi ödəniş kartlarının sayı 5 milyon 467 min ədəd təşkil edib (İyunda 45 min ədəd artıb). Ödəniş kartlarının 2 milyon 493 min ədədini sosial kartlar, 1 milyon 529 min ədədini əməkhaqqı kartları, 663 min ədədini digər debet kartları və 782 min ədədi kredit kartları olub.

İyunda sosial kartlar 15 min ədəd artmış, əməkhaqqı kartlarının sayı azalmamış, digər debet kartlarının sayı isə 11 min ədəd azalıb.

İyunda debet və kredit kartları ilə 1 milyard 46 milyon manatlıq əməliyyat aparılıb. Ölkə daxili əməliyyatların 877 milyon manatını nağd pulun çıxardılması, 64 milyon manatını isə nağdsız ödənişlər təşkil edib. İyunda ölkə xarici əməliyyatların həcmi isə 75 milyon manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm