269 min daimi iş yeri açıldı, 25,7 mini bağlandı
Bizi izləyin

Ekopublika.az

269 min daimi iş yeri açıldı, 25,7 mini bağlandı

Son iki il ərzində ümumilikdə 336,3 min olmaqla 269,4 min daimi iş yeri yaradılıb.

Publlika.az xəbər verir ki, 2016-cı ilin I yarımili ərzində isə ölkədə 93,1 min yeni, o cümlədən 73,1 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 63,7 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 26,3 faizi Bakı şəhərinin, 1,9 faizi Naxçıvan Muxtar Respublikasının, 71,8 faizi regionların, o cümlədən 25,9 faizi Aran, 14,3 faizi Gəncə-Qazax, 7,2 faizi Abşeron, 6,9 faizi Lənkəran, 5,7 faizi Şəki-Zaqatala, 4,4 faizi Quba-Xaçmaz, 3,7 faizi Dağlıq Şirvan, 3,1 faizi Yuxarı Qarabağ, 0,6 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 9,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 25,1 faizi mövcud müəssisə və təşkilatlarda, 1,1 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 64,1 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.

Bununla yanaşı, I yarımil ərzində ölkədə 25,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 75,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,2 faizi fərdi sahibkarlıq subyektlərinin, 18,8 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18,0 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm