FED artıma gedəcək, yoxsa... - TƏHLİL
Bizi izləyin

Ekopublika.az

FED artıma gedəcək, yoxsa... - TƏHLİL

Artıq bir müddətdir Federal Ehtiyat Sisteminin (FES) siyasət faizini gələcək iki toplantısından birində– sentyabr və ya dekabrda artıracağı yönündə müzakirələr gedir. Rəylər böyük çoxluqla FES-in məhz dekabrda faiz artımına gedəcəyi istiqamətindədir. Lakin ABŞ Əmək Nazirliyinin açıqladığı son hesabat vəziyyəti dəyişir. Artıq faiz artımı deyil, faizlərin aşağı salınması gündəmə gəlib. Onu da bildirək ki, faiz dərəcələri ilə bağlı qərarlardakı qeyri-müəyyənliklər qiymətli kağızlar üzrə gəlirliliyə mənfi təsir göstərib.

Artım səbəblərində uyğunsuzluq

ABŞ Əmək Nazirliyi bildirir ki, ölkədə inflyasiya iyulda aylıq müqayisədə gözlənildiyi kimi dəyişməyib. Nəticədə, inflyaisya 0,2 faiz təşkil edib. İllik müqayisədə isə inflyasiya 8% artıb. Beləliklə, inflyasiya 5 ayda artım qeyd edə bilməyib. İyunda inflyasiya aylıq 0.2% təşkil etmişdi.

Əmək Nazirliyinin hesabatına əsasən, iyulda inflyasiyanın tempi o qədər zəif olub ki, bu avqustda benzinin ucuzlaşmasına gətirib çıxarıb.

Ərzaq və enerji xaric inflyasiyada aylıq və illik əsasda proqnozlardan aşağı qalıb. Aylıq müqayisədə baza inflyasiya 0.1% artıb, gözlənti 0.2% idi. Baza inflyasiyası illik müqayisədə isə 2.2% artaraq 2.3%-lik gözləntini qarşılamayıb.

Nəzərə alsaq ki, inflyasiya göstəricisi Federal Ehtiyat Sisteminin hədəfindən aşağı səviyyədədir, bu da bankın sentyabrda faiz artımı şansını azaldır.

Lakin FES-in faiz qərarı üçün qiymətləndirdiyi əsas statistik məlumatlardan biri də kənd təsərrüfatından kənar məşğulluq (qeyri-kənd təsərrüfatı) və işszilik məlumatlarıdır. Bunlar da kifayət qədər müsbətdir. İyul ayında ABŞ-da məşğulluq 255 min artıb, işsizlik nisbəti isə 4,9% təşkil edib. Halbuki iqtisadçılar hesabat dövründə məşğulluğun 175 min artacağını, işsizliyin isə 4,8% olacağını gözləyirdilər. İyun ayında işsizlik nisbəti 4,9% təşkil etmişdi. Orta saatlıq maaşlar aylıq 0.3% ilə 0.2%-lik proqnozun üzərində, illik isə 2.6% ilə proqnoza paralel artıb.

Göründüyü kimi bu statistika əksinə, ABŞ Mərkəzi Bankının 20-21 sentyabrdakı toplantısında faiz artımı qərarını masada saxlayır. Bu səbəbdən bazarın analizi FES-in sentyabr toplantısında faiz artımı tərəfdarlarının 26, dekabrda artım tərəfdarlarının isə 48 faiz olduğunu göstərir.

Məsələnin bir tərəfi də var. O da FES-in ümumiyyətlə, 2016-cı ildə faiz artımına getməyəcəyidir. Çünki ilin II rübündə ABŞ-da iqtisadi artım tempi 2% səviyyəsində olub. Son meylləri nəzərə alaraq BVF ABŞ-ın 2016-cı il üçün artım proqnozunu 0.2 faiz azaldaraq 2.2%-ə endirib. Bu baxımdan treyderlərin 36 faizi FES-in 2016-cı ildə faiz artımına gedəcəyinə şübhə edirlər. Bütün hallarda investorlar dolların gələcək taleyinin necə olacağını təyin etmək üçün yenə də əmək bazarından daxil olacaq xəbərləri gözləyirlər.

FED yetkililəri artım olacağını, analitiklər isə əksini deyir

FED-in Nyu York bölməsinin rəhbəri Vilyam Dadli “Fox Business Network” a müsahibəsində Mərkəzi Bankın növbəti toplantısında (sentyabrda keçiriləcək toplantıda) baza faizinin yüksəldiləcəyini bəyan edib. FES yetkilisi bildirib ki, əmək bazarı üzrə rəqəmlər hədəfə uyğundur: “Artıq üç aydır ki, ABŞ-da məşğulluq orta tempdə artır. Məşğulluğun artım tempi aylıq 190 min nəfərdir. İqtisadi artıma gəlincə, ikinci rübdən sonra yüksəlməsi gözlənilir. Dadli hesab edir ki, Amerika iqtisadiyyatı yaxşı vəziyyətdədir: “Fikrimcə, Amerikada noyabr ayında reallaşacaq seçki bizim faiz artımı ilə bağlı qərarımıza bu və ya digər şəkildə təsir edəcək”.

“Morgan Stanley”in analitikləri hesab edir ki, Mərkəzi Bank faizləri 2018-ci ildən tez yüksəltməyəcək. Onların rəyinə görə, ABŞ iqtisadiyyatındakı zəif artım səbəbindən nə bu il, nə də növbəti ildə faiz artımı gözlənilir: “Qlobal iqtisadi artım qarşıdakı 12 ayda ürəkaçan olmayacaq”.

“Morgan Stanley” bildirir ki, ABŞ-da ÜDM 2017-ci ildə 1,5 faiz artacaq. Ümumiyyətlə, inkişaf etmiş bazarlarda iqtisadi artım 1,4 faiz yavaşlayacaq. Bu il yavaşlama ötən illə müqayisədə 2016-cı ildə 1,2 faiz, 2017-ci ildə isə 1,9 faiz təşkil edəcək.

ABŞ-da ressesiya

Alman bankı “Deutsche Bank”ın analitikləri bir il ərzində ABŞ-da ressesiya gözləntisinin 60 faizə yüksəldiyini irəli sürüblər. Onlar səbəb kimi ABŞ dövlət istiqrazlarının gəlirliyinin azalmasına, son aylarda uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə gəlir fərqinin kəskin azalmasına işarə edirlər. Doğurdan da tarixə ekskursiya edəndə məlum olur ki, belə hallar ABŞ iqtisadiyyatında ressesiya ilə nəticələnir.

Onu da unutmaq lazım deyil ki, ABŞ-da tənəzzül zamanı Federal Ehtiyat Sistemi faizləri faktiki olaraq sıfır dərəcəsinə endirir. Bununla da iqtisadi artımı stimullaşdırmağa çalışır. 2008-ci il böhran ərəfəsi nümunə göz önündədir. Məhz həmin tarixdən 7 il keçdikdən sonra FES ilk dəfə 2015-ci ildə faiz artımına getdi. Bunu ehtiyatlı şəkildə etdi. Hazırda bankın faizləri 0-25-0,5% ətrafındadır.2018-ci ilə qədər də faizlərin dəyişəcəyi real görünmür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm