“Rosneft” özəlləşdirilir
Bizi izləyin

Ekopublika.az

“Rosneft” özəlləşdirilir

“Rosneft"in özəlləşdirilməsi Rusiya hökuməti üçün prioritet xarakter daşıyır”.

Publika.az xəbər verir ki, bunu Rusiya baş nazirinin köməkçisi İgor Şuvalov bildirib.

“Rosneft”in ölkənin ən böyük neft şirkəti olduğuna işarə edən Şuvalov deyib ki, bu özəlləşdimədən sonra sıra “Başneft”ə gələcək."

Bu arada qeyd edək ki, Rusiyanın baş naziri Dimitri Medvedev dünən verdiyi açıqlamasında “Başneft”in özəlləşdirilməsinin təxirə salınmasına qərar verildiyini söyləmişdi. Ölkənin altıncı böyük neft istehsalçısı “Başneft”də dövlətin 50 faizlik hissəsinin - təxminən 300 milyard rublunun satışa çıxarılması gözlənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm