Azərbaycan Rusiyaya işıq verdi
Bizi izləyin

Ekopublika.az

Azərbaycan Rusiyaya işıq verdi

Ötən gün Rusiyanın Sverdlovsk vilayətində yerləşən gücü 3 800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında qəza baş verib. Qəza nəticəsində Sibir enerji sistemi şəbəkədən açılıb, enerji sistemində güc çatışmazlığı yaranıb.

“Azərenerji” ASC-mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəza nəticəsində 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb. Rusiyanın enerji sistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib

“Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq 200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm