Hər il Bakıda “shopping festival” keçiriləcək
Bizi izləyin

Ekopublika.az

Hər il Bakıda “shopping festival” keçiriləcək

Bakıda hər il “shopping festival” keçiriləcək. Bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda nəzərdə tutulur.

Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) hər il keçirilməsini təmin etmək tapşırılıb.

Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında (“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Həmçinin Nazirlər Kabinetinə 2017-ci il və növbəti illər üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsində Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında ticarət festivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı tələb olunan vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm