Dolların məzənnəsi ilə bağlı MÜHÜM QƏRAR
Bizi izləyin

Ekopublika.az

Dolların məzənnəsi ilə bağlı MÜHÜM QƏRAR

Qlobal bazarların maraqla gözlədiyi ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi açıqlanıb.

Publika.az verir ki, ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatda avqustda məşğulluğun 151 min artdığını göstərir. İqtisadçılar məşğulluğun 180 min artacağını gözləyirdilər.

ABŞ-da Avqustda işsizlik nisbəti isə 4,9%-də qalıb. İqtisadçılar işsizliyin 4,8%-ə düşəcəyini gözləyirdilər. İyul ayı məşğulluq göstəricisi isə 255 mindən 275 minə yuxarı istiqamətdə dəyişdirilib.

FED-in yaxından izlədiyi orta saatlıq maaşlar 0.1% artım ilə gözləntidən aşağı qalıb. Gözlənti 0.2% artım idi.

Bildirək ki, qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi FED-in faiz qərarı baxımından da əhəmiyyət kəsb edir. Göstəricilərin proqnozdan aşağı çıxması FED-in sentyabrda faizləri artıracağı ehtimalını zəiflədir.

Bu arada, məlumatın açıqlanmasının ardınca qlobal birjalarda dollar ucuzlaşmağa başlayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm