Avro və dollar 1.09 səviyyələrinə düşə bilər
Bizi izləyin

Ekopublika.az

Avro və dollar 1.09 səviyyələrinə düşə bilər

Avro-dollar cütlüyünün hələ də 1.11 - 1.12 dollar aralığında ticarət olunması ABŞ Mərkəzi Bankının (FED) sentyabr ayında müzakirə edəcəyi faiz qərarı ilə bağlı qeyri-müəyyənliyə işarədir.

Publika.az invest.az-a istinadən xəbər verir ki, dolların dünya valyuta birjalarında qiymətinin bir trend istiqamətində dalğalanması çətinlik yaradır.

Qeyd edək ki, ötən həftənin cümə günü Amerikanın əmək bazarında, kənd təsərrüfatı istisna olmaqla dövlət və özəl şirkətlər tərəfindən 151 000 yeni iş yerinin yaradıldığı və işsizlik səviyyəsinin 4.9%-da qaldığı açıqlandı. Halbuki mütəxəssislər 180 000 yeni iş yerinin yaradılacağını, işsizlik səviyyəsinin isə 4.8%-ə kimi düşəcəyini proqnozlaşdırırdılar.

Beləliklə, Amerikanın əmək bazarı getdikcə yaxşılaşır, sadəcə sürəti azalmağa başlayıb. Düzdür, məlumatların açıqlanmasından sonra dolların məzənnəsi dünya valyuta birjalarında sürətlə ucuzlaşmağa başladı. Lakin sonrada yenidən bahalaşdı.

Avro-dollar valyuta cütlüyü cümə günü 1.1251 dollara kimi bahalaşsa da, sonradan 1.1149 dollara düşdü. Əgər qiymət 1.1122 dollardan aşağı istiqamətdə qırarsa, onda 1.1000 və 1.0940 dollar səviyyələrinin şahidi ola bilərik.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm