Maliyyə nazirliyindən SOS: Ehtiyat Fond kəskin azalıb
Bizi izləyin

Ekopublika.az

Maliyyə nazirliyindən SOS: Ehtiyat Fond kəskin azalıb

Rusiyanın Ehtiyat Fondu avqust ayında dollar əsasında 32,2 milyard dollara düşüb.

Publika.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin açıqlamasına əsasən, Ehtiyat Fondu avqust ayında əvvəlki ayla müqayisədə 15,6 dollar azalaraq 32,2 milyard dollara düşüb. Milli Rifah Fondu isə 0,7 faiz artaraq 72,71 milyard dollara yüksəlib.

Rubl əsasında isə ölkənin Ehtiyat Fondu əvvəlki ayla müqayisədə 470 milyard rubl azalaraq 2,9 trilyon rubla geriləyib. Milli Rifah Fondu 123 milyard rubl artaraq 4,7 trilyon rubla yüksəlib.

Rusiyanın Maliyyə Nazirliyi iyul ayında açıqladığı şərhdə büdcə kəsirinin bağlanılması məqsədiylə valyuta satışının davam etdiriləcəyini bildirmişdi.

Bu ilin ilk rübündə Rusiyada büdcə kəsiri 1,2 trilyon rubl təşkil edib. Büdcə gəlirləri 3,9 trilyon rubl, xərcləri isə 5,1 trilyon rubl səviyyəsində reallaşıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm