SOCAR Azərbaycan vətəndaşları üçün istiqraz buraxır
Bizi izləyin

Ekopublika.az

SOCAR Azərbaycan vətəndaşları üçün istiqraz buraxır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan vətəndaşları üçün yeni investisiya imkanı təqdim etməyə hazırlaşır. Bu barədə "Report"a SOCAR-dan bildirilib.

Məlumata görə, söhbət SOCAR istiqrazlarından gedir. Şirkətin qiymətli kağızları ictimaiyyətə sentyabrın 16-da təqdim ediləcək.

İstiqrazların satışına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-na qədər davam edəcək. Nominal dəyəri 1 000 dollar olacaq istiqrazlar illik 5% gəlir gətirəcək. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm