Bankların kreditlərə çıxışı bahalaşdı
Bizi izləyin

Ekopublika.az

Bankların kreditlərə çıxışı bahalaşdı

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bu gündən ölkədə uçot dərəcəsi qaldırılır. Belə ki, MB qərarı ilə likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi 12% ( əvvəlki 4 %), yuxarı həddi 18% (əvvəlki 15 %), uçot dərəcəsi isə 15% (əvvəlki 9,5 %) səviyyəsində müəyyən olunub.

Publika.az xəbər verir ki, 2008-ci ildən bu tərəfə ölkədə uçot dərəcəsi aşağı rəqəmlərlə ifadə edilir. 2009-cu ildə uçot dərəcəsi 2, 2010-cu ilə 3, 2011-ci ildə 5-5,25, 2012-ci ildə 5, 2013-cü ildə 4,75, 2014-cü ildə 4,25 -4,25-3,3, 2015-ci ildə 3 faiz təşkil edib.

Azərbaycanda axırıncı dəfə uçot dərəcəsi 15 faiz səviyyəsinə 2008-ci ilin iyul ayının 8-də qaldırılıb.

Qeyd edək ki, uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Uçot dərəcəsi necə təyin edilir?

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də aşağı salınır. Uçot dərəcəsi aşağı olduqda kreditlər əlçatan xarakter alır. Kreditlər üzrə faiz dərəcələri enir və insanlar kredit əldə etməyə həvəs göstərir.

Nəticədə insanların sahib olduğu pul kütləsi artdıqca edilən alış-veriş həcmi də artır. Beləliklə, məhsulların dəyəri yüksəlir. Məhsul həcmi azaldıqca satıcılar qiymət qaldırmağa başlayır. Bununla bərabər inflyasiya artmağa başlayır. İnflyasiyanın yüksək həddi insanların həyat şərtlərinə təsir göstərir. İnflyasiya nə qədər yüksəkdirsə, insanların həyat şərtləri bir o qədər aşağıdır və təbii ki, bu onları qane etmir. Bu vəziyyət isə öz növbəsində dövlət üçün təhlükə xarakteri daşıyır.

Bu səbəbdən də, yenidən maliyyələşmə dərəcəsi ölkədə inflyasiya səviyyəsinə təsir etmə aləti rolunu oynayır. İnflyasiyanı endirmək üçün yenidən maliyyələşmə dərəcəsi qaldırılır. Bu səbəbdən də kreditlər bahalaşmağa başlayır. Belə olduqda, kredit əldə etmək vətəndaşlar üçün sərfəli olmur və bu da özünü onların alıcılıq qabiliyyətində əks etdirir.

İnsanların pulu azalır və az xərcləməyə başlayırlar. Onlar tərəfindən qazanılan məbləğ yalnızca vacib, gündəlik xərclərin qarşılanmasına sərf olunur. Bu səbəbdən də, mağazalarda satış həcmi enir və satıcılar qiymətləri endirməyə məcbur qalır. Bütün bunlar sonda inflyasiyanın enməsinə səbəb olur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm