12 ölkə çətin vəziyyətdə
Bizi izləyin

Ekopublika.az

12 ölkə çətin vəziyyətdə

Avropa Statistika Ofisinin (Eurostat) açıqladığı son məlumatlara görə, 19 üzvlü Avro zonasında illik inflyasiya avqust ayında dəyişməyib, 0,2 faiz səviyyəsində qalıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, Avro bölgəsində inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, avqustda illik inflyasiyaya restoran, klublar, meyvə və tərəvəzin qiyməti təsir edib. Bu dövrdə yanacağın qiyməti isə inflyasiyaya ən az təsir edən məhsul olub.

Vahid Pul Birliyində avqustda yekun baza inflyasiyası illik 0,8 faiz qeydə alınıb.

28 üzvlü Avropa Birliyində (AB) isə illik inflyasiya avqustda 0,3 faiz ölçülüb.

Avropa Birliyində avqustda 12 ölkədə neqativ illik inflyasiya müəyyən edilib. Ən aşağı illik inflyasiya mənfi 1,5%-lə Xorvatiyada, mənfi 1,1%-lə Bolqarıstan və mənfi 0,8%-lə Slovakiyada görülüb. AB-də bu dövrdə ən yüksək illik inflyasiyaya 2 faiz ilə Belçika, 1,2 faizlə İsveç və 1,1 faizlə Estoniyada olub.

Əvvəlki ayla müqayisədə AB-də avqust ayında illik inflyasiya 7 ölkədə azalarkən, 15 ölkədə artıb, 6 ölkədə isə dəyişməyib.

İnflyasiya Avropa Mərkəzi Bankının (ECB) qiymət sabitliyini təmin etmək üçün hədəf seçdiyi 2% səviyyəsindən olduqca aşağıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm