Biznes sektorunda nəzarət tədbirlərinin sayı 6 dəfə azalıb
Bizi izləyin

Ekopublika.az

Biznes sektorunda nəzarət tədbirlərinin sayı 6 dəfə azalıb

Bu ilin ilk səkkiz ayı ərzində həyata keçirilən səyyar vergi yoxlamalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 6 dəfəyə yaxın azalıb.

Publika.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarəsinin rəisi Elçin Bəylərov bildirib. O qeyd edib ki, operativ nəzarət tədbirlərinin sayı 6 dəfəyə yaxın azalıb. Regionların inkişaf tendensiyası cari ilin 8 ayında da davam edib və bu, vergi daxilolmalarında da özünü göstərir. Yanvar-avqust aylarında ərazi vergi orqanları üzrə 364,5 milyon manat proqnoza qarşı dövlət büdcəsinə 381,1 milyon manat vəsait daxil olub ki, bu da proqnoz tapşırığının 16,6 milyon manat artıqlamasilə və ya 104,6 faiz icra olunması deməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, proqnoz tapşırıqları yalnız ümumilikdə regionlar üzrə deyil, həm də respublikanın ayrı-ayrılıqda bütün şəhər və rayonları üzrə yerinə yetirilib.

Daxilolmaların strukturuna gəlincə, daxil olmuş vergilərin 61,2 faizi ƏDV, mənfəət və gəlir vergisi hesabına formalaşıb. Sadələşdirilmiş vergi daxilolmaları üzrə proqnoz tapşırıqları 6,2 milyon manat artıq və ya 117,2 faiz icra olunmaqla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faizə qədər artıb. Regionlarda fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən ilin ilk səkkiz ayında 86,7 milyon manat məbləğində vergilərin yerli büdcələrə ödənilməsi təmin edilib: “Əlbəttə, bütün bu göstəricilər həyata keçirilən islahatların, iqtisadi sistemin şəffaflaşmasının, əlverişli biznes mühitinin formalaşmasının, sahibkarlıq subyektlərində cəlbediciliyin artırılmasının nəticəsidir. 2016-cı ilin yanvar-avqust ayları ərzində regionlarda ƏDV qeydiyyatına alınmış vergi ödəyicilərinin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım qeydə alınıb”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm