Uçot dərəcəsi endirildi
Bizi izləyin

Ekopublika.az

Uçot dərəcəsi endirildi

Rusiya Mərkəzi Bankının direktorlar şurası uçot dərəcəsini 5 faiz endirərək 10 faizdə saxlayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, monetar siyasətin yumşaldılması inflyasiya təzyiqinin azalması fonunda baş verib. Mərkəzi Bankın qiymətləndirməsinə görə, sərt pul-kredit siyasətinin nəticəsində istehlak qiymətlərinin illik artımı 2017-ci ilin sentyabrına qədər 4,5 faiz təşkil edəcək. Həmin müddətdən sonra isə qiymətlər 4 faizə qədər enəcək.

Bank hələlik uçot dərəcəsini 10 faizdə saxlamağı nəzərdə tutur. Bununla belə bankın direktorlar şurasının 28 oktyabrda keçiriləcək iclasında uçot dərəcəsi ilə bağlı məsələyə yenidən baxılacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm