Banklar 500 avroluq əsginası müştəriyə niyə sırıyır? - ARAŞDIRMA
Bizi izləyin

Ekopublika.az

Banklar 500 avroluq əsginası müştəriyə niyə sırıyır? - ARAŞDIRMA

Bir müddət əvvəl “AG Bank”ın avro ilə ödənişlərə görə 0,5 faiz komissiya tutmasından bəhs etmişdik. Bildirmişdik ki, “AG Bank”ın kredit kartından istifadə edən bir müştəri avqust ayı üzrə annuitet ödənişi 500 avro ilə aparıb. Bu zaman bank məbləğdən 0,5 faiz komissiya tutub. Vəziyyətdən narazı qalan müştəriyə bank beynəlxalq standartları əsas gətirərək, bunu, 500 avro ilə edilən ödənişlərin məhdudlaşdırılması, bu pul vahidinin dövriyyədən çıxarılması ilə izah edib. Sonradan isə invidual olaraq müştəriyə bildirilib ki, komissiya Mərkəzi Bankın qaydalarına əsasən tətbiq edilir. Mərkəzi Bank da banklardan 500 avroya görə komissiya tutur.

Məsələni bir daha araşdırmaq qərarına gələn Publika.az əvvəlcə bankın müştərinin şikayətinə rəsmi münasibətinə nəzər saldı.

Картинки по запросу AGbank

“AGBank”ın mövzu ilə bağlı ünvanladığı məktubda iddia edilir ki, kommersiya qurumu hər zaman öz fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə qurub və bu gün də uğurla davam etdirir. Ölkə ərazisindən nağd valyutanın köçürülməsi və göndərilməsi "Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu” və Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat” vasitəsi ilə tənzimlənir: “AR ərazisində fəaliyyət göstərən hər bir kommersiya bankı valyuta sərvətlərinin AR ərazisindən bank hesabları vasitəsi ilə köçürmələri xüsusi tariflərə əsasən həyata keçirir "AGBank” ASC-də müştərilərə bank hesabları açılan zaman hər bir müştəriyə bank müqaviləsi təqdim olunur. Tətbiq olunan komissiyalar tərəflər arasında imzalanmış müqavilə əsasında tənzimlənir. Buna əsaslanaraq Bank valyuta sərvətlərinin köçürülməsi üzrə 0.5% əmsalında komissiya təyin edib”.

O da bildirilir ki, "AGBank” ASC Azərbaycanın aparıcı banklarından biri olaraq, ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirməkdədir. "AGBank” ASC-nin apardığı fəaliyyətinin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorlarının maliyyələşdirmək, korporativ idarə etmə sistemlərini təkmilləşdirmək, müştərilərə peşəkar xidmət göstərilməsi sistemini yaratmaqdır.

“Müqavilədə komissiya ilə bağlı bənd yoxdur”

Картинки по запросу müqavilə

Qarşı tərəfin bankın rəsmi rəyinə münasibəti isə əks oldu. Adının çəkilməsini istəməyən müştəri bildirir ki, kredit kartı ilə bağlı müqavilədə bankın 500 avro ilə ödənişlərə görə 0,5 faiz komissiya tətbiq ediləcəyinə dair heç bir bənd əksini tapmayıb: “500 avroluq əsginasdan komissiya tutulmasından ancaq ödəniş apardıqdan sonra telefonuma gələn mesajdan xəbər tutdum. Bank əvvəlcə beynəlxalq standartları əsas gətirərək, bunu 500 avro ilə edilən ödənişlərin məhdudlaşdırılması, bu pul vasitəsinin dövriyyədən çıxarılması ilə izah etdi. Sonradan isə bildirdi ki, komissiya Mərkəzi Bankın qaydalarına əsasən tətbiq edilir”.

Mərkəzi Bank: “Belə məsələlər səlahiyyətimizdə deyil”

Картинки по запросу Mərkəzi bank

“Yalançını evinəcən qovarlar” atalar sözünü əldə əsas tutub Mərkəzi Bankdan “AGBank”ın iddiasına münasibət öyrəndik. MB-dan dedilər ki, belə məsələlər qurumun səlahiyyətləri çərçivəsində deyil. Banklara nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidməti tərəfindən həyata keçirilir.

Картинки по запросу maliyə bazarlarına nəzarət palatası

Maliyyə Bazarlarına Nəzarət Palatasının “qapısını da döydük”. Palatanın direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov bildirdi ki, banklara belə bir göstəriş verilməyib. Komissiya bankın daxili qaydalarına əsasən tutulur. Bu, müştəri ilə imzalanan müqavilədə əksini tapır: “Müştərilərə bank hesabları açılan zaman onlara bank müqaviləsi təqdim olunur. Tətbiq olunan komissiyalar tərəflər arasında imzalanmış müqavilə əsasında tənzimlənir. Əgər müqavilədə belə bir bənd yoxdursa, müştəri Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı müraciət ünvanlaya bilər”.

“500 avro almayın”

İqtisadçı-ekspert Əkrəm Həsənov deyir ki, problem 500 avrodadır. Avropada bu valyutanın tədricən dövriyyədən çıxarıldığını vurğulayan iqtisadçı bildirir ki, hətta bəzi yerlərdə 500 avro qəbul edilmir: “Söhbət ödənişlərdən gedir. Bu gün Avropada 500 avronu ödəniş vasitəsi kimi təqdim etmək çətindir”.

Картинки по запросу Əkrəm Həsənov

“AG Bank”ın Mərkəzi Bankın 500 avroluq əsginaslarla ödənişlər zamanı komissiya tətbiq etməsinə dair fikrinə toxunan iqtisadçının sözlərinə görə, MB bank hesabına yatırtmaq üçün kommersiya banklarından nağd şəkildə xarici valyuta qəbulunu dayandırıb: “Mərkəzi Bank kommersiya banklarından nağd şəkildə nəinki avro, dollar da qəbul etmir. Əvvəllər dollar qəbul edirdisə, artıq bu da dayandırılıb. Bu da düzgün deyil. Çünki bankların Mərkəzi Bankda həm dollarla, həm də avro ilə hesabları var. MB komissiya tutmadan valyutanı banklardan qəbul etməlidir. Bu məsələdə birinci olaraq pozuntuya Mərkəzi Bank tərəfindən yol verilib”.

Ə.Həsənov qeyd edir ki, bank 500 avroluq əsginas qəbul etdiyi zaman bu valyutanı nə edəcəyini bilmir: “Azərbaycanda cəmi bir neçə bank var ki, onlar avro ilə geniş əməliyyatlar aparırlar. Həmin banklar “Azəri Türk Bank”, “Bank Respublika” və “Kapital Bank”dır. Adıçəkilən banklar müştəridən aldıqları avronu dərhal Avropaya göndərib, oradakı hesablarına yatızdırmaq imkanına malikdirlər.

Avro əməliyyatları az olan banklar isə sərfəli olmadığından valyutanı Avropaya göndərmirlər. Müştəridən qəbul etdikləri avronu dəyişmək üçün əməliyyatları geniş olan banklara verirlər. Bu zaman qarşı tərəf onlardan komissiya tutur. Nəticədə bank da həmin komissiyanı müştəridən çıxır. Yəni belə bir vəziyyət Mərkəzi Bankın kommersiya banklarından valyuta qəbul etməməsi səbəbindən yaranıb”.

Ekspertin sözlərinə görə, müştəri ilə müqavilədə komissiya haqqında maddə əks olunmayıbsa, bankın komissiya tutmağa ixtiyarı yoxdur: “Müştəri ödəniş edən zaman “AG Bank” komissiya ilə bağlı onu əvvəlcədən xəbərdar etməli idi.

Bu gün 500 avro ilə ödəniş aparmaq müştərilər üçün təhlükəlidir. Çünki banklar hər an komissiya tətbiq edə bilərlər. Əgər müştəriyə 500 avro satılıbsa, o, yuxarıda adıçəkilən 3 bankda həmin valyutanı dəyişdirə bilər. Bu zaman komissiya tutulmayacaq”.

Ekspert Ə.Həsənov müştərilərə banklardan 500 avro qəbul etməməyi məsləhət görür.

Nəzərə çatdıraq ki, portalımıza müraciət edən müştəri 500 avronu “Bank of Baku”nun kassasından alıb. Görünür, bu bank da komissiya ödəməkdən çəkinmək üçün əlində olan 500 avrodan “xilas olmaq” istəyib, kobud dillə ifadə etsək, bu əsginası müştəriyə sırıyıb...

L.Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm