Şəkər ixracı 50 faiz azalıb
Bizi izləyin

Ekopublika.az

Şəkər ixracı 50 faiz azalıb

Bu ilin yanvar-iyul aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə təzə tərəvəz ixracı 42,9 faiz, təzə meyvə – 10,4 faiz, kartof – 4,5 faiz, polietilen – 18,2 faiz, qara metallardan borular – 4,3 dəfə, pambıq ipliyi – 50,3 faiz artıb.

Publika.az xəbər verir ki, şəkər ixracı isə 49,2 faiz, bitki yağları – 64,3 faiz, çay – 68,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 91,4 faiz, emal olunmamış alüminium – 15,2 faiz azalıb.

2016-cı ilin yanvar-iyul aylarında qeyri-neft məhsullarının ixracı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq 662,1 milyon dollara bərabər olub. İxracın ümumi dəyərinin 14,4 faizini təşkil edib. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı 45,2 faiz artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm