“McDonalds” 560 milyon CƏRİMƏLƏNDİ
Bizi izləyin

Ekopublika.az

“McDonalds” 560 milyon CƏRİMƏLƏNDİ

ABŞ ilə Avropa Birliyi (AB) arasındakı ticarət çəkişmələri davam edir. Avropa Birliyi bu dəfə 560 milyon dollarlıq vergi borcu səbəbindən “McDonalds”la üz-üzə gəlib. Birliyin rəqabətdən məsul komissarı Margreze Vestager bildirib ki, Amazon kimi bir çox ABŞ şirkəti haqqında araşdırma aparılıb. Bu siyahı uzundur.

Publika.az xəbər verir ki, keçən həftə AB Komissiyası tərəfindən “Apple”yə qarşı tətbiq edilən 14 milyard dollarlıq vergi cəzası əks-səda doğurmuşdu. Yeri gəlmişkən, ABŞ da bu qərara cavabsız qalmadı. Elə həmin həftə Ədalət Nazirliyi Almaniyanın “Deutsche Bank”ına manipulyasiya səbəbiylə 14 milyard dollarlıq cəza tətbiq etdi. AB-nin budəfəki vergi cəzasına ABŞ-ın nə ilə cavab verəcəyi hələ bəlli deyil.

“McDonald's”a qarşı tətbiq edilən vergi cəzasında bildirilir ki, şirkət 30 faiz vergi ödəmək əvəzinə 1.49 faiz vergi ödəyir. Onu da bildirək ki, restoranlar şəbəkəsinin AB üzrə gəlirlərinin həcmi 1.8 milyard dollardır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm