• USD 1,7000 0,00% EUR 1,9288 +0,21%
    • GBP 2,1346 -0,76% RUB 0,0240 0,00%

Təhsilə 1 milyardlıq xərc

Təhsilə 1 milyardlıq xərc

Fiziki şəxslərin büdcəyə ödənişləri artıb. Belə ki, bu ilin yanvar-iyul aylarına fiziki şəxslərin dövlət büdcəsində gəlir vergisinin payı 697,6 milyon manat olub.

Publika.az xəbər verir ki, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 628,3 milyon manat təşkil edib. Hüquqi şəxslərin gəlir vergisi isə bu ilin yanvar-iyul aylarında 1111,9 milyon manat olub. Halbuki ötən il bu rəqəm 1358,2 milyon manat idi.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7007,4 milyon manat, xərcləri 8193,5 milyon manat olub. Büdcə daxilolmaların 25,6 faizi əlavə dəyər vergisi, 15,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 10,0 faizi fiziki şəxslərin gəlir vergisi, 5,1 faizi aksizlər, 11,9 faizi digər vergilər, 31,5 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcənin xərclərinə gəlincə, büdcə vəsaitlərinin 18,2 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 17,5 faizi ümumi dövlət xidmətləri, 16,2 faizi təhsil və səhiyyə, 15,2 faizi sosial müdafiə və sosial təminat, sahələrinin, 32,9 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Büdcədən beynəlxalq təşkilatlara üzvülüyə görə 146,8 milyon manat ödənilib. Təhsilə 991,8 milyon manat, səhiyyəyə 332, milyon manat, sosial müdafiə və sosial təminata 1249,2 milyon manat xərclənib.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR