
İlin birinci rübündə Ukraynaya qaz idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 14%,Ukraynanın qaz nəql etmə sistemi ilə Avropaya qaz tədarükü isə 9.1% azalıb.
Publika.Az Caspian Barel-ə istinadən bildirir ki, 2014-cü ilin yanvar-martında QNS-nə 6.1 milyard kub metr qaz daxil olub. Bu da 2013-cü ilki göstəricidən 14% azdır. Keçən il bu göstərici 7.07 milyard kub metr təşkil edib”.
Mart ayında 1.9 milyard kub metr qaz idxal edilib ki,bu da 2013-cü ilin göstəricisindən 15% və ya 350 milyon kub metr azdır.
Qərbi Avropa ölkələrinə ilin birinci rübündə 17.68 milyard kub metr mavi yanacaq nəql olunub. Bu 2013-cü ildəki həcmindən 9.1% aşağı rəqəmdir.
Leyla Əliyeva