
Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 14,7 mlrd. ABŞ dollarını ötub.
Publika.Az xəbər verir ki, Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2014-cü ilin ilk rübü ərzində 564 mln. ABŞ dolları artıb. Bu da 4 faiz artım deməkdir. Hazırda qurumun valyuta ehtiyatlarının həcmi 14 715,7 mln. ABŞ dollarına çatıb.
Leyla Əliyeva