Nəqliyyat sektorunda yükdaşıma tarifləri ucuzlaşıb
Bizi izləyin

Ekopublika.az

Nəqliyyat sektorunda yükdaşıma tarifləri ucuzlaşıb

Mart ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,2 faiz ucuzlaşıb. Sərnişindaşıma tarifləri isə 0,3 faiz bahalaşıb.

Publika.Az-ın xəbərinə görə, hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri və digər xarici ölkələr üzrə müvafiq olaraq 0,4 və 1,9 faiz bahalaşma müşahidə olunub.

Mart ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,5 faiz ucuzlaşıb. Dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 1,8 faiz bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 0,3 faiz ucuzlaşıb. Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm