İki ayda 5,2 milyard dollarlıq ixrac həyata keçirilib
Bizi izləyin

Ekopublika.az

İki ayda 5,2 milyard dollarlıq ixrac həyata keçirilib

İki ayda 5,2 milyard dollarlıq ixrac həyata keçirilib

Son iki ayda dünyanın 112 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirilib.

Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 61 ölkəyə əmtəə ixrac olunub. 108 ölkədən idxal həyata keçirilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 40-ı Avropa, 21-i Amerika, 37-i Asiya ölkələri və digərləri olub.

İki ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 6,4 milyard ABŞ dolları, o cümlədən ixrac 5,2 milyard dollar, idxal isə 1,2 milyard dollar təşkil edib. Nəticədə 4,0 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm