Ekopublika.az
ARDNŞ Ukraynada YDM-lərin sayını 37-yə çatdırıb
Ukraynanın Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələri açılıb.
Publika.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, YDM-lərdə Polşa, Litva və Belarusun aparıcı emal zavodlarında istehsal olunmuş, Avro-4, Avro-5 standartlarına cavab verən neft məhsulları reallaşdırılacaq. Assortimentə A-92, A-95, A-95 TM "Nano" benzinləri, TM "Nano" dizel yanacağı daxildir.
Xvelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən bu ilk komplekslərin ərazisində avtomobilin su təminatı, təkərlərin doldurulması kimi xidmətlər pulsuzdur. Müştərilər pulsuz Wi-Fi xidmətindən istifadə etmək, mobil telefonlara enerji yükləmək imkanına da malikdirlər.
Şəhər tipli YDM-lər kompakt şəkildə inşa olunub. Onlar həm yerləşmə planı, həm də xidmət baxımından çox rahatdır.
Bununla da Ukraynanın Kiyev, Odessa, Lvov, Nikolayev, Roven, Çerkas, Xmelnitski və Poltava vilayətlərində SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 37-ə çatıb.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı