Qiymətlər yüksələcək, ancaq maaşlar eyni qalacaq
Bizi izləyin

Ekopublika.az

Qiymətlər yüksələcək, ancaq maaşlar eyni qalacaq

Ukrayna böhranı Rus iqtisadiyyatını silkələməyə başlayib. Rus birjasının və rublun dəyər itirdiyi zamanda Qərbin sanksiyalarının təsirləri vəziyyəti daha da pisləşdirib.

Publika.Az xarici mətbuata istinadən xəbər verir ki, rubl bu il dollar qarşısında 7.8 faiz dəyər itirib. Beynəlxalq Valyuta Fondu Rusiya üçün bu ilki iqtisadi artım proqnozunu 2 faizdən 1,3 faizə endirib.

Moskva birjasının spikeri Nikita Bekasov siyasi olayların bazarlara təsir etdiyini vurğulayıb:" Rubl indeksindəki eniş 1faizdən çox, dollar indeksindəki eniş isə 2 faizdən çoxdur".

Yaranmış vəziyyətdə sadə xalqı nə Putinin maraqları, nə də siyasi zəfərlər maraqlandır. Hər kəs evinə apardığı çörəyi duşunur:"Bu təbii ki siyasi vəziyyətlə, Ukraynadakı vəziyyətlə yaxından əlaqədardır. Qiymətlər yüksələcək ancaq maaşlar eyni qalacaq, yəni həmişə olduğu kimi."

Rusiyada istehlakçı qiymətləri fevral ayında 7 faiz artaraq mart ayında bu nisbət 1 faizə çıxıb. İllik inflyasiya martda 6.9 faiz, qida qiymətlərindəki illik artım 8.4 faiz olub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm