Türkiyəyə böyük zərbə - O şəhər boş qaldı
Bizi izləyin

Ekopublika.az

Türkiyəyə böyük zərbə - O şəhər boş qaldı

9 ayda 4 650 238 turist qəbul edən Antalyanın itkisi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4 104 685 turist təşkil edib.

İlin əvvəlindən bu yana Antalyaya hava yoluyla gələn turistlərin sayı keçən illə müqayisədə 46.9 faiz azalıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 ayda 4 650 238 turist qəbul edən Antalyanın itkisi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4 104 685 turist təşkil edib. Antalya hava limanının açıqladığı məlumata görə, azalma Rusiya və Avropanın turizm bazarında rekord enişlə bağlıdır.

Antalyanın ən böyük bazarı Rusiyadan itkinin nisbəti 92.9 faizdir. Keçən il 2 451 993 rus turistə qarşı bu ilki rəqəm 173 513 nəfər olub. Rusiyadan gələn turistlərin sayı 2 278 480 nəfər azalıb. Türkiyənin turizm paytaxtının iki böyük bazarından digəri - Almaniyadan gələn turistlərin sayı 1 778 935 nəfərə düşüb. Alman bazarında 756 000 turist itkisi meydana gəlib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm