Nazim Bəydəmirliyə Naxçıvandan sillə kimi cavab
Bizi izləyin

Ekopublika.az

Nazim Bəydəmirliyə Naxçıvandan sillə kimi cavab

Yəni vətəndaşlıqdan çıxmayıbsa və Azərbaycanı da yaxşı tanıyırsa oturub bir kəlmə yazanda savadı olmasa da, ən azından vicdanı olmalıdır.

“Şərq qapısı” qəzetinin İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov "facebook" səhifəsində son günlər yazıları müzakirə obyektinə çevrilən və haqlı narazılıq doğruran Nazim Bəydəmirlinin fikirlərinə öz münasibətini bildirib. Həmin statusu olduğu kimi oxuculara təqdim edirik.

Bu günlərdə sosial şəbəkələrdə sabiq deputat Nazim Bəydəmirlinin 2017-ci ilin dövlət büdcəsinin şərhinə müxtəlif münasibətlər bildirilir. Əslində, Nazim Bəydəmirlinin bu yazdıqlarına cavab vermək vaxt itkisi olsa da, bəzi məqamlara görə buna zərurət duyuram.

Əvvəla ona görə ki, Nazim Bəydəmirli sabiq deputat olsa da, ən azından hal-hazırda bir Azərbaycan vətəndaşıdır. Yəni vətəndaşlıqdan çıxmayıbsa və Azərbaycanı da yaxşı tanıyırsa oturub bir kəlmə yazanda savadı olmasa da, ən azından vicdanı olmalıdır. Çünki Azərbaycan Respublikasının tərkibindəki muxtar dövlət kimi Naxçıvana ayrılan xərcləri Gədəbəy, Tovuz və ya Azərbaycanımızın hər hansı bölgəsinə ayrılan büdcə xərcləri ilə müqayisə etmək sadəcə savadsızlıqdır. Diqqət etsək, Naxçıvan Muxtar Respublikasının dövlət idarəçiliyində fəaliyyət göstərən nazirlik, komitə, baş idarə və başqa aidiyyatı dövlət strukturlarının maliyyələşdirilməsinə və əsaslı investisiya qoyuluşlarına yönəldilən xərclərin digər rayonlar üçün mərkəzi büdcədən, yəni, Nazim Bəydəmirli üçün sadə dillə desək, birbaşa Bakıdan ayrıldığını görə bilərik. Özünü iqtisadçı hesab edən Nazim Bəydəmirliyə bunu çatdırmaq ona görə vacibdir ki, bu gün bunları bilməsə sabah hansısa rayonun xərclərini Bakı şəhərinə ayrılan xərclərlə də müqayisə etməyə çalışacaq.

Müqayisə yaxşı təhlil üsuludu. Amma Nazim Bəydəmirli bilməlidir ki, bunun üçün ən vacib şərt müqayisə predmetinin düzgün seçilməsi və ən azı dövlət büdcəsi kimi mühüm əhəmiyyətli sənədə münasibət bildirəndə diqqətli olunmasıdır. Çünki burada Gədəbəy rayonunun büdcə gəlirləri ilə yanaşı onun xərclərinə və ayrılan dotasiyalara da baxmaq lazımdır. Ona görə də həmin rayonun iqtisadiyyatını ümumən Naxçıvan Muxtar Respublikası ilə deyil, onun bir rayonu ilə muqayisə etmək mümkündür. Belə ki, Naxçıvanda da Gədəbəy kimi əhalisinin sayı təxminən 100 min nəfər olan rayonlar vardır. Naxçıvandakı bu rayonlardan hər birinin, ümumən, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının yüksəlişi haqda hər yerdə yazılır, regiona gələn hər kəs bunu öz gözləri ilə görür. Bunları bir daha xatırlatmıram. Amma bir faktı deməliyəm: hal-hazırda Nazim Bəydəmirli Bakıdan Gədəbəyə avtobusla cəmi 6 manat 91 qəpiyə gedə bildiyi halda, naxçıvanlılar üçün bu yol təyyarə ilə 50, avtobusla 25 manata başa gəlir. Bu isə Naxçıvana qarşı 25 ildən artıq davam edən düşmən blokadasının, onun Azərbaycanın əsas hissəsindən ayrı düşməsinin yaratdığı iqtisadi çətinliklərdən təkcə biridir.

Düşünürəm ki, bu qədər izah Nazim Bəydəmirlinin gələcək “araşdırmaları” üçün faydalı olacaq. Əslində isə bu məsələyə bircə cümlə ilə cavab vermək olardı: Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

ekopublika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm