Ekopublika.az
Metropolitendə gediş haqlarının qaldırılacağı barədə məlumat yayılıb
Metropolitendə gediş haqlarının qaldırılacağı barədə məlumat yayılıb.
Ölkə başçısı İlham Əliyev, ikinci Dövlət Proqramının yekunlarına dair keçirilən konfransdakı çıxışında bildirib ki, Bakı Metropolitenində bir sərnişinin daşınmasının maya dəyərinin son illərdə beş dəfədən çox artıb.
Prezidentin sözlərinə görə, hazırda metroda bir sərnişinin daşınması dövlətə 1 manatdan yuxarı başa gəlir. İqtisadçı – ekspert Vüqar Bayramov Publika.Az –a açıqlamasında bildirdi ki: “Metropoliten ictimai nəqliyyatdan fərqli olaraq istifadə edilən qatarlar, qatraların alınması nisbətən bahadır.
Eyni zamanda metropoliten yeraltı ictimai nəqliyyat sistemi olduğu üçün sərnişinlərin daşınma şəraiti digər sərnişin daşınmadan fərqlidir. Təbii ki, gələcəkdə metropolitendə daşınma qiyməti artsa belə bu bütün hallarda xərcləri ödəməyəcək.
Çünki, bir nəfərin daşınma xərci yüksək olduğu üçün, növbəti qiymət artımları belə o xərcin davam etməsinə imkan verməyəcək. Ümumiyyətlə 2014-cü ildə ictimai nəqliyyatda və metropolitendə qiymətlərin artacağı proqnozlaşdırılıb. Təbii ki, xərclərə uyğun olaraq artmayacaq.
2014-cü ildə yanacağın artması, eləcədə qiymət artımı ictimai nəqliyyat və metropoliten qiymətlərinin artmasından da xəbər verir”. Metropolitenin mətbuat xidmətindən Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, “Cənab Prezident fərman vermədiyi halda bir söz deyə bilmərəm.
Ümmumiyyətlə burda deyilməyib ki qiymətlər qalxacaq. Sadəcə olaraq hər insanın istifadəsi dövlət üçün 1 manat ziyan deməkdir. Dövlətin itirdiyi qəpiklər hər bir istifadəçinin cibinə gedir”.
Odər Qəni
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?