Avropa Komissiyası “Cənub axını”ndan imtina edir?
Bizi izləyin

Ekopublika.az

Avropa Komissiyası “Cənub axını”ndan imtina edir?

Avropa Komissiyası “Cənub axını”ndan imtina edir?

Avropa Komissiyası Üçüncü enerji paketinin normalarına uyğun gəlməyəcəyi təqdirdə “Cənub axını” qaz kəmərinin inşasını dayandırmağı təklif edib.

Publika.az xəbər verir ki, Avro komissiyanın energetika üzrə mətbuat katibi Sabina Berqer “Cənub axını” bağlanmır, lakin AK-nın qanunlarına uyğun gəlməsini tələb edir” deyə bildirib.

Öz növbəsində, Bolqarıstana AK qanunvericiliyinin normalarına riayət etməməsi haqqında bildiriş göndərib.

Qeyd edək ki, 2012-ci ilin dekabrında əsası qoyulan “Cənub axını” layihəsinin dəyəri 16 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir. Layihə tam gücü ilə 2018-ci ildə işləyəcək. “Cənub axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutur. “Cənub axını” Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanacaq. Daha sonra qaz kəməri iki hissəyə ayrılacaq. Bir qolu Serbiya, Macarıstan və Avstriya, digər qolu isə Yunanıstan və İtaliyadan keçəcək.

Layihənin əsas iştirakçıları Rusiyanın “Qazprom”, Fransanın EdF, Almaniyanın BASF və İtaliyanın ENİ şirkətləridir. Layihənin tikintisi üzərində beynəlxalq konsorsium olan “South Stream Transport” çalışacaq ki, onun da səhmlərinin 50%-i “Qazprom”a məxsusdur. Ötən ilin oktyabrında “Cənub axını” layihəsinin Bolqarıstandan keçəcək hissəsinin tikintisinə başlanıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm