Neft 100 dolları keçəcək - Qaşıqçının qətli, İrana sanksiyalar və Ər-Riyadın HƏMLƏSİ
Bizi izləyin

Ekopublika.az

Neft 100 dolları keçəcək - Qaşıqçının qətli, İrana sanksiyalar və Ər-Riyadın HƏMLƏSİ

Səudiyyə Ərəbistanının enerji, sənaye və mədən qaynaqları naziri Xalid əl-Falih jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra baş verən proseslərin qlobal neft bazarına təsirini şərh edib.

Publika.az
“TASS”-a istinadən xəbər verir ki, Falih OPEC və digər ölkələrlə əməkdaşlığı davam etdirmək istədiklərini bildirib.

“Aramızdakı anlaşmanın vaxtını müddətsiz uzatmaq istəyirik. Bu anlaşma 2020, yaxud 2021-ci illə məhdudlaşmayacaq. Yeni anlaşmanı dekabrın 7-də Vyanada keçiriləcək toplantıda imzalamaq istəyirik. Gələn il neft istehsalında hansı addımlar atılacağı, neftin istehsalının artırılacağı, yaxud azaldılacağı hələlik dəqiqləşməyib. İran, Liviya, Nigeriya, Meksika və Venesuela kimi ölkələrin neft istehsalı sərt şəkildə azala bilər. Digər tərəfdən, ABŞ-ın da neft istehsalını azaldacağı gözlənilir. Bu neftin qiymətinə təsir edə bilər. Buna görə də bütün vəziyyətlərə hazır olmalıyıq. Əgər İrana qarşı enerji sanksiyaları tətbiq ediləcəksə, OPEC və digər ölkələr yaranmış boşluğu doldura bilər, lakin neft qiymətinin 100 dolları keçməyəcəyinə heç kim zəmanət verə bilməz. Qaşıqçı cinayəti isə neftin qiymətinə təsir göstərməyəcək. Çünki illərdir biz nefti iqtisadi vasitə olaraq istifadə etdik və siyasətə qarışdırmadıq. Buna görə də Qaşıqçı hadisəsinə görə neft embarqosu tətbiq etməyi düşünmürük”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm