
Cari ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata
görə, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu
xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə
qalıb.
Qeyd edək ki, istehlak mallarının qiymətləri və xidmət tarifləri
əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.
May ayı ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq
ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü
südün, qatığın, şorun, yumurtanın, bananın, pomidorun, kartofun və
digər məhsulların qiymətlərində ucuzlaşma müşahidə olunub.