"Hədəflərimizdən biri mobil gömrük sisteminin tətbiqidir"
Bizi izləyin

Ekopublika.az

"Hədəflərimizdən biri mobil gömrük sisteminin tətbiqidir"

"2019-cu ildə hədəflərimizdən biri mobil gömrük sisteminin tətbiqidir".

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

O bildirib ki, Ümumdünya Gömrük Təşkilatı ilə Dövlət Gömrük Komitəsi arasında elektron tədris sistemi yaradılıb:

“Məqsəd gömrük əməkdaşlarının heç yerə getmədən, vaxt itirmədən məlumatlı olmağıdır. Bununla yanaşı, elektron növbə sisteminin üzərində də iş gedir, çox güman ki, bu, ilin sonuna qədər tətbiq olunacaq”.

Azər Abasov iki dövlətlə gömrük sistemində informasiya mübadiləsi aparmaq üçün danışıqlar aparıldığını da qeyd edib:

“Hazırda Qazaxıstan və Özbəkistanla danışıqlar aparılır. Türkiyə, Rusiya, Ukrayna, Moldova, Gürcüstan və İranla da informasiya mübadiləsi aparırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm