Səudiyyədən 35 milyon dollarlıq kredit
Bizi izləyin

Ekopublika.az

Səudiyyədən 35 milyon dollarlıq kredit

Azərbaycan və Səudiyyə Ərəbistanı kredit sazişi imzaladılar.

İyulun 3-də Nazirlər Kabinetində Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə Kredit Sazişi imzalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan hökuməti müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrasında beynəlxalq maliyyə qurumlarının, o cümlədən Səudiyyə İnkişaf Fondunun kreditlərindən istifadə edir. İndiyə qədər Fond ölkəmizdə su, yol, təhsil sahələrini əhatə edən 4 layihəyə güzəştli şərtlərlə maliyyə vəsaiti ayırıb. Bu gün isə Abşeron rayonu Xırdalan şəhərinin sosial-iqtisadi inkişafına töhfə verəcək bir layihənin maliyyələşdirilməsi üzrə saziş imzalanıb”, - baş nazirin müavini Abid Şərifov bildirib.

“Azərsu ”ASC-nin məlumatına görə, sazişə əsasən, Səudiyyə İnkişaf Fondu “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinə güzəştli şərtlərlə 35 milyon dollar kredit ayıracaq.

Ümumi dəyəri 75 milyon dollar olan layihənin qalan hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.

Qeyd edək ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 190 mindən artıq sakinin dayanıqlı içməli su ilə təmin edilməsinə hesablanıb.

Layihə çərçivəsində Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan 3 ədəd su anbarı tikiləcək, istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədi ilə müxtəlif diametrli polietilen və polad borularla 178,5 km uzunluğunda su şəbəkəsi yaradılacaq, hər bir ünvana ev birləşməsi verilərək smart-kart sayğaclar quraşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm