Ekopublika.az
Meyvə-tərəvəz ucuzlaşıb
İyun ayında Azərbaycanda kənd
təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla
müqayisədə 0,6 faiz, o cümlədən birillik bitkilərin istehsalçı
qiymətləri 2,5 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5
faiz ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının
istehsalçı qiymətləri isə 1,0 faiz
bahalaşıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən
məlumata görə, birillik bitkilərdən günəbaxan toxumunun istehsalçı
qiymətləri 0,6 faiz, yoncanın istehsalçı qiymətləri 4,3 faiz
bahalaşıb, arpanın istehsalçı qiymətləri 4,3 faiz, payızlıq arpa
toxumunun 1,0 faiz, yaşıl lobyanın 0,4 faiz, göyərtilərin 3,6 faiz,
xiyarın 19,0 faiz, badımcanın 60,2 faiz, pomidorun 5,0 faiz, baş
sarımsağın 1,2 faiz, baş soğanın və kartofun 0,2 faiz, quru otun
istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən gilasın istehsalçı qiymətləri
5,0 faiz, alçanın 3,1 faiz, fındığın istehsalçı qiymətləri 3,9 faiz
ucuzlaşıb, limonun istehsalçı qiymətləri isə 3,7 faiz
bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından
qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,4 faiz, diri ev
quşlarının 0,2 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymələri
21,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin
istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,0 faiz, mal ətinin (diri
çəkidə) 0,2 faiz, südün 1,4 faiz, diri qoyun və keçilərin 0,3 faiz,
qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 2,2 faiz,
yumurtanın 3,1 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,1 faiz
ucuzlaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının
və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki
ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...