Xariclə 17,2 milyard dollarlıq ticarət aparılıb
Bizi izləyin

Ekopublika.az

Xariclə 17,2 milyard dollarlıq ticarət aparılıb

Cari ilin yanvar-may aylarında ölkənin rezidentləri dünyanın 133 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 97 ölkəyə əmtəə ixrac olunub, 121 ölkədən idxal həyata keçirilib. Xarici ticarət dövriyyəsi iştirakçıları arasında 42 Avropa, 30 Amerika, 42 Asiya ölkəsi də olub.

Beş ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 17,2 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 13,7 milyard dollar, idxalın həcmi 3,5 milyard dollar təşkil edib. Nəticədə 10,2 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunana məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 650,1 milyon dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm