“Qazprom” Ukraynaya görə ikiqat zərərə düşüb
Bizi izləyin

Ekopublika.az

“Qazprom” Ukraynaya görə ikiqat zərərə düşüb

Mayda Qazprom dövlət büdcəsinə 61,9 milyard rubl vəsait ödəyib. Bu, 2013-cü ilin analoji dövr göstəricisindən, demək olar ki, 60% çox olub.

Publika.az “Bloomberg” agentliyinə istinadən bildirir ki, vəsaitlərin çox hissəsi “Naftogaz Ukraynaya” tədarük edilmiş qazın payına düşüb. Ukrayna şirkəti idxal edilən qaza görə vəsaiti ödəməyib. Beləliklə, “Qazprom” ödənilməmiş qaza görə vəsait ödəmək məcburuyyətində qalıb.

“Bloomberg”ə görə, “Qazprom” Ukraynaya apreldən iyunun 16-na qədər olan müddətdə 7.74 milyard kub metr qaz tədarük edib. Şirkət bu qaza görə 1,13 milyard dollar məbləğində ixrac rüsümları ödəməlidir. Rusiya hökümətində olan mənbənin sözlərinə görə, Ukraynaya tədarük edilmiş qaz üçün ixrac rüsümları hər min kub metr qaz üçün 145,5 dollar təşkil edir.

Xatırladaq ki, “Qazprom”un rəhbəri Aleksey Miller 8 iyulda bildirmişdi ki, Ukraynanın ümumi qaz borcu 5,3 milyard dollar təşkil edir. Ukrayna Rusiyadan idxal etdiyi 11.435 milyard kub metr qazın haqqını ödəməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm