Maliyyə Nazirliyi 1,25 milyard manat həcmində avroistiqraz yerləşdirib
Bizi izləyin

Ekopublika.az

Maliyyə Nazirliyi 1,25 milyard manat həcmində avroistiqraz yerləşdirib

Cari ilin mart ayı ərzində Maliyyə Nazirliyi tərəfindən xarici bazarlarda ilk dəfə olaraq 1,25 milyard manat həcmində avroistiqraz yerləşdirilib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Publika.az-a bu barədə bildirilib. Qeyd edilib ki, avroistiqrazlara 160-dan çox ölkənin institusional investorları tərəfindən böyük maraq göstərilib. Tələbat təklifdən 4 dəfə artıq olub. Bununla yanaşı, Maliyyə Nazirliyinin istiqrazları ilə yerli bazarda ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artaraq 60,7 milyon manata çatıb. Artım dövlət istiqrazları bazarının hər iki seqmentində müşahidə edilib. Belə ki, dövr ərzində 47,9 milyon manatlıq dövlət istiqrazları yerləşdirilib. Bu alətlərin təkrar bazar ticarəti isə 12,7 milyon manat olub. Bu da ötən ilin analoji göstəricisindən müvafiq olaraq 3 faiz və 43 faiz çoxdur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm