Banklardakı əmanətlərin 45,2 faizi qorunmur- Özəl
Bizi izləyin

Ekopublika.az

Banklardakı əmanətlərin 45,2 faizi qorunmur- Özəl

Bu ilin ikinci rübündə fiziki şəxslərin cəmi əmanətləri (6 335 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil edib.

Publika.az Əmanətlərin Sığortalanması Fonduna istinadən bildirir ki, II rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (6,3 mlrd. manat) 45,2%-i (2,87 mlrd. manat) qorunmayan əmanətlər, 54,8%-i (3,47 mlrd. manat) isə qorunan əmanətlər olub. Kompensasiya olunan əmanətlər 1 931 mln. manat olub. Bu da qorunan əmanətlərin 55,0%-ni təşkil edir. Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i avronun payına düşür.

Üzv banklar tərəfindən 6 073 126 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 504 255 nəfəri (91%) qorunan əmanətçidir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm