Xarici ticarətdə 12,4 milyard dollarlıq müsbət saldo yaranıb
Bizi izləyin

Ekopublika.az

Xarici ticarətdə 12,4 milyard dollarlıq müsbət saldo yaranıb

Yanvar-iyun aylarında dünyanın 134 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirilib.

Dövlət Statistika Komitəsindən Publika.Az-a verilən məlumata görə, 100 ölkəyə əmtəə ixrac olunub, 122 ölkədən idxal edilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir. Altı ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 20,6 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 16,5 milyard dollar, idxalın həcmi 4,1 milyard dollar təşkil edib. Nəticədə 12,4 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmassa və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 828,7 milyon dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm