"Günəşli" yatağında yeni quyu qazılır
Bizi izləyin

Ekopublika.az

"Günəşli" yatağında yeni quyu qazılır

Günəşli" yatağındakı 8-ci özüldən 34 nömrəli quyuda qazma işlərinə başlanılıb.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, layihə dərinliyi 3800 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 15 ton kondensat və 150 000 kubmetr qaz hasil ediləcək.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm